Dünya

Tehranda şagirdləri zəhərləndilər – FOTO

Sharing is caring!

Tehranın Şimali Cənnətabad qəsəbəsində yerləşən Məbəs məktəbinin şagirdləri zəhərləniblər.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, təcili yardım gecikdiyindən zəhərlənən məktəbliləri öz valideynləri xəstəxanaya çatdırıblar.

Məktəbdə daha bir neçə şagirdin də vəziyyəti pisləşib.

İranın Qum şəhərində zəhərlənən məktəbli qızlardan biri Fatimə Rzayi isə dünyasını dəyişib.

Qum şəhər prokuroru ailə üzvlərini xəbərin yayılmaması üçün hədələyib və buna görə ailə susub. Məlumatı qızın dostları yayıblar.

Fatimənin gizlin dəfn edildiyi bildirilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir