İdman

“Nyukasl” liderlərindən birini satmaq məcburiyyətində qalacaq

Sharing is caring!


“Nyukasl” İngiltərə Premyer Liqasının müəyyən etdiyi maliyyə qaydalarına görə komandanın əsas oyunçularını satmağı düşünür.

Bu barədə klubun baş icraçı direktoru Darren Els etiraf edib.

Onun sözlərinə görə, əldə olunan gəlirlər növbəti iki transfer pəncərəsinə yatırıla bilər.

Els satılacaq futbolçuların hücumçu Aleksander İsak, müdafiəçi Sven Botman və yarımmüdafiəçi Bruno Gimarayns olduğunu bildirib.

O, oyunçuların satılması zərurətinin Premyer Liqanın mənfəət, eləcə də liqanın davamlı inkişafına bağlı maliyyə qaydaları ilə əlaqədar olduğunu vurğulayıb.

Mənbə: Dynamo.kiev.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir