Cəmiyyət

Oğuzda dörd məcburi köçkün ailəsinin yaşadığı ev kül oldu – FOTO

Sharing is caring!


Oğuzda dörd məcburi köçkün ailəsinin yaşadığı ev yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, dörd ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb.

Hadisə yerində Oğuz və Şəkidən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və 4 yanğınsöndürən texnika cəlb olunub.

Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir