İdman

Azərbaycanın tanınmış güləşçisi reytinq turnirini buraxacaq

Sharing is caring!


Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində iştirak edə bilməyəcək.

Bu barədə AZƏRTAC-a 36 yaşlı idmançının özü məlumat verib.

“Tokio-2020” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, səhhətindəki problemə görə yarışı buraxacaq.

Qeyd edək ki, bu gün start götürən reytinq turniri yanvarın 14-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir