Dünya

Kuleba Ukraynaya raket hücumu barədə: “Putin danışıqları raketlərlə aparan terrorçudur” – FOTO

Sharing is caring!

“Ukrayna dinc əhalinin qorxudulması ilə sınmayacaq. Həmçinin Rusiya Federasiyasının bu hərəkətləri hələ də Putinlə sülh danışıqlarının aparılmasını mümkün hesab edən hər kəs üçün arqumentdir”.

Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

Kuleba bu barədə oktyabrın 10-da səhər saatlarında Ukrayna şəhərlərinə silsilə zərbələrdən sonra öz “Twitter” səhifəsində yazıb.

“Putinin yeganə taktikası Ukraynanın dinc şəhərlərinə qarşı terrordur, lakin bu, Ukraynanı sındırmayacaq. Bu, həm də Rusiya ilə sülh haqqında danışmaq istəyən bütün “sülhməramlılar”a cavabdır. Putin danışıqları raketlərlə aparan terrorçudur”, – deyə Kuleba vurğulayıb.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir