İdman

PFL prezidenti Elxan Səmədovun son durumu açıqlanıb

Sharing is caring!


Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.

Bu barədə Oxu.Az-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

S.Abdullayevin sözlərinə görə, qurumun rəhbəri Elxan Səmədovun yanvarın 8-də həyata keçirilən cərrahi əməliyyatı uğurlu olub:

“Həkim deyir ki, zamanla daha da yaxşı olacaq. Hər şey qaydasındadır, tam bərpa üçün zaman lazımdır”.

Abdullayev vitse-prezident Aslan Şahgəldiyevin bərpa prosesi keçdiyini bildirib. O, öz durumunun da yaxşı olduğunu və artıq iki gündür işə çıxdığını sözlərinə əlavə edib.

Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir