Cəmiyyət

Akademik Yaqub Mahmudova ağır itki üz verdi

Sharing is caring!




Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib.

“Qaynarinfo” xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib.

Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Günay Nəciyevanın akademikə ünvanladıqları başsağlığında bildirilib.

“Azərbaycan təhsilinə ağır itki üz verib. Dəyərli ziyalımız Almas Mahmudova 22 aprel 2024-cü ildə vəfat edib.

Almas xanım BDU‐nun Mexanika‐riyaziyyat fakültəsini bitirib. Azərbaycan Ensiklopediyasında redaktor və Bakının bir neçə məktəbində riyaziyyat müəllimi işləyib.

Görkəmli tarixçimiz Yaqub Mahmudova həyat yoldaşı, pedaqoq Almas xanımın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət etsin!”, – başsağlığında deyilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir