İdman

İspaniya Kuboku: “Barselona” mərhələni çətinliklə adladı – VİDEO

Sharing is caring!


İspaniya Kral Kubokunun 1/16 final mərhələsində “Yunion Deportivo Barbastro” “Barselona”nı qonaq edib.

Matç 2:3 hesabı ilə katalonların xeyrinə başa çatıb.

18-ci dəqiqədə Fermin Lopez Martin hesabı açıb. 51-ci dəqiqədə Rafinya qonaqların üstünlüyünü artırıb. 60-cı dəqiqədə Adria de Mesa fərqi birə endirib. 88-ci dəqiqədə Robert Levandovski penaltini dəqiq yerinə yetirərək “Barsa”nın üstünlüyünü növbəti dəfə gücləndirib. 90+3-cü dəqiqədə isə Mark Prat penaltini qola çevirərək hesabdakı fərqi azaldıb. Lakin bu, aşağı liqa təmsilçisinə kömək etməyib – 2:3.

Hazırda “Barselona” ilə yanaşı “Atletiko Madrid”, “Xetafe”, “Jirona”, “Rayo Valyekano”, “Real Madrid”, “Malyorka”, “Selta”, “Sevilya”, “Osasuna”, “Atletik” və “Valensiya” Kral Kubokunda 1/8 finala yüksəlib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir