Cəmiyyət

Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı rəsmi AÇIQLAMA

Sharing is caring!

“Xırdalanda yaşayış kompleksində baş verən partlayışın qaz xətti ilə heç bir əlaqəsi yoxdur”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, əraziyə baxış keçirilib:

“Hadisə yerinə bizim qəza xidməti və əməkdaşlıq etdiyimiz podratçı şirkət də getdi. Araşdırma aparıldı. Hadisənin qaz xəttindən deyil, elektrik xəttində baş verən yanğın səbəbindən olduğu müəyyənləşdi. Ötən gün bu barədə məlumat yaymadıq, çünki artıq əsas səbəb sosial şəbəkələrdə tirajlanırdı”.

Qeyd edək ki, ötən gün Xırdalanda AAAF yaşayış kompleksində yanğın olub.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir