Cəmiyyət

İki azyaşlını xilas etmək istəyərkən qır qazanında yanan Sənanın əməliyyatı üçün 850 manat pul lazımdır – FOTO

Sharing is caring!

Bakıda bir neçə ay əvvəl üzərinə qır qaynayan qazan aşan yeniyetmənin vəziyyəti ağırdır.

Bu barədə Oxu.Az-a onun anası Allahverdiyeva Gülnarə məlumat verib.

O qeyd edib ki, hadisə aprelin 23-də baş versə də, övladı hələ də bu ağır sınaqdan çıxa bilməyib.

Belə ki, həyətdə tikintidə istifadə etmək üçün bitum-neft qarışığı (qır) qaynadılırmış. Bu zaman həyətdə oynayan azyaşlılar qazana yaxınlaşıblar. Sənan azyaşlıları qorumaq üçün onları kənara çəkib, lakin ayağı sürüşərək yıxılıb. Bu zaman qır onun üzərinə dağılıb. Nəticədə 14 yaşlı Sənanın üzü və bədəninin müxtəlif hissələri çox dəhşətli formada yanıb.

O, bir müddət əvvəl xəstəxanaların birində müalicə alıb. İki dəfə dəridəyişmə əməliyyatı olub. Lakin boynunun arxası və sinə nahiyəsində dəri tutmayıb. Yenidən əməliyyata ehtiyacı olan Sənanın xəsarəti həkimlər tərəfindən dördüncü dərəcəli yanıq kimi qiymətləndirilib.

Gülnarə Allahverdiyeva bildirib ki, daha bir əməliyyat üçün imkanları çatmır:

“Övladımın müalicəsi üçün təxminən 850 manat civarında pul lazımdır. İmkanlı şəxslərdən xahiş edirəm, bizə Sənanın sağalması üçün kömək etsinlər. Sənan hazırda evdədir. Biz övladımızın özəl klinikada əməliyyat edilməsi üçün çalışırıq, lakin əlimizdə olan hər şeyi digər əməliyyatlara xərclədiyimiz üçün indi pulumuz qalmayıb. Sənanın bütün bədəni yandığı üçün onun dəridəyişmə əməliyyatı üçün donor dəri gərəkdir”.

Kömək etmək istəyənlər 055-727-05-48 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Məlumat üçün bildirək ki, ailə özəl klinikada əməliyyat üçün danışıq aparıldığını bildirib və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən təklif olunan dövlət xəstəxanasında müayinədən imtina edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir