İdman

A Seriyası: “Yuventus” son dəqiqə qolu ilə qələbə qazandı – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının 19-cu turunda “Salernitana” Turin “Yuventus”unu qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:2.

39-cu dəqiqədə “Salernitana”nın yarımmüdafiəçisi Culio Macore fərqlənib. 53-cü dəqiqədə qolun müəllifi ikinci sarı vərəqə ilə meydandan qovulub və məhz bu matçın taleyinə həlledici təsir göstərib.

“Yuve” 65-ci dəqiqədə hesabı bərabərləşdirib – Aylinq fərqlənib. Turinlilərə qələbəni isə Vlahoviçin 90+1-ci dəqiqədə vurduğu qol gətirib.

Bu oyundan sonra “qoca sinyora” 46 xal toplayıb. Massimiliano Alleqrinin komandası İtaliya çempionatının turnir cədvəlində 2-ci yerdədir. “Salernitana” isə 12 xalla sonuncudur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir