İdman

Rəqibin qapısından 17 top keçirdilər: Azərbaycan birinciliyinin zona yarışlarında maraqlı nəticələr

Sharing is caring!


Yeniyetmə həndbolçu oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışına start verilib.

Oxu.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində keçirilən çempionatda 2008-ci il və ondan kiçik təvəllüdlülər mübarizə aparırlar.

Turnirdə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astaradan olan komandalar qüvvələrini sınayırlar. İlk oyun günündə iki qrup üzrə keçirilən altı görüşdə qeydə alınan nəticələr belədir: “Lənkəran” – “Astara” – 8:1; “Cəlilabad” – “Masallı” –  17:1; “Astara” – “Lerik” – 4:4; “Cəlilabad” – “Yardımlı” – 16:1; “Masallı” – “Yardımlı” – 10:2; “Lənkəran” – “Lerik” – 12:7.

Reqlamentə əsasən, 1-ci və 2-ci yerlərin sahibləri iyunda Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir