İdman

“Zirə” ukraynalı futbolçusu ilə yollarını ayırıb

Sharing is caring!


“Zirə” klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb.

Bu barədə “Sport.ua” nəşri məlumat yayıb.

2023-cü ilin əvvəlində paytaxt təmsilçisinə keçən 30 yaşlı hücumçu azad agent statusu alıb.

Qeyd edək ki, Vladislav Kulaç “Zirə”nin heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyuna çıxıb. Təcrübəli forvard 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir