İdman

Makqreqor yeni döyüşünün vaxtını açıqladı

Sharing is caring!


İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor sosial şəbəkələrdə amerikalı Maykl Çandlerlə döyüşünü elan etdiyi yeni video yayımlayıb.

İrlandiyalının sözlərinə görə, onların döyüşü iyunun 29-da Las-Veqasda keçiriləcək UFC turnirində baş tutacaq.

Konor Makqreqor və Maykl Çandler arasında döyüşün 2023-cü ildə keçirilməsi planlaşdırılırdı. Lakin irlandiyalı döyüşçü məşqlərə vaxtında qayıtmadığına görə onların döyüşü elan olunmadı.

Xatırladaq ki, Konor qarışıq döyüş növləri üzrə 28 döyüşdə iştirak edib. Bu döyüşlərdə 22-də qələbə qazanıb və 6 məğlubiyyət alıb. İrlandiyalı 2021-ci ilin yayındakı məğlubiyyətindən sonra oktaqona girməyib. O, ABŞ təmsilçisi Dastin Puarye ilə görüşdə ayağı qırıldığı üçün sıradan çıxıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir