İdman

Argentinada Messilə bağlı qərar verildi

Sharing is caring!


Argentina Futbol Fedrasiyası karyerasını bitirdikdən sonra Lionel Messinin 10 nömrəli nömrəsini istifadədən çıxaracaq.

Bu barədə qurumun prezidenti Klaudio Tapia bildirib.

“Messi milli komandadan gedəndən sonra başqa heç kimə 10 nömrəli formanı geyinməyə icazə verməyəcəyik. Bu nömrə onun şərəfinə ömürlük istifadədən çıxarılacaq. Bu, onun üçün edə biləcəyimiz ən kiçik işdir”, – deyə Tapia bəyan edib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. Ümumilikdə, futbolçu Argentina millisində 180 oyun keçirib və 106 qol vurub. Messi həmçinin Amerika Kubokunun qalibi (2021) və Olimpiya çempionudur (2006).

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir