İdman

AFFA-nın baş katibi: “UEFA-dan I və II Liqada danışılmış oyunların olması ilə bağlı siqnallar almışıq”

Sharing is caring!


“Təəssüflər olsun ki, UEFA-dan hər iki liqa ilə bağlı müəyyən siqnallar almışıq”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində AFFA-nın baş katibi Sərxan Hacıyev I və II Liqada danışılmış oyunların olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Funksionerin sözlərinə görə, bu cür məsələlər aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb:

“Güc strukturları ilə araşdırmalara başlamışıq. Sadəcə, konfidensiallığı nəzərə alaraq, komandaların adlarını və konkret hansı oyunların şübhəli olduğunu açıqlaya bilmirik. Hər xırda siqnal çox ciddi araşdırılır. Bu yola əl atan insanlara müraciətimiz odur ki, belə əməllərdən çəkinsinlər. Çünki sonda günahı sübuta yetirilənlər cəzasız qalmayacaqlar. Onlar üçün ən yüngül sanksiya futboldan ömürlük uzaqlaşdırılma olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir