Dünya

“SOCAR Türkiyə”dən Zəfər günü ilə bağlı VİDEOÇARX

Sharing is caring!

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti 8 Noyabr – Zəfər günü münasibəti ilə yeni videoçarx hazırlayıb.

Kadrlarda Qarabağ zəfərinin yalnız Azərbaycan deyil, ortaq türk dövlətlərinin qələbəsi olduğuna diqqət çəkilib:

“Bu ecazkar torpaqlar, bu şairlər, bu nəğmələr, bu şah əsərlər, bu bəxtiyar övladlar, bu şanlı bayraq. Şuşa – Vətəninə qovuşarkən təkcə, bir şəhəri deyil, ortaq xalq mahnılarımızı, incəsənətimizi, mədəniyyətimizi geri aldıq.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsinin ikinci ildönümünü birlikdə qeyd edirik, çünki biz bir millət, iki dövlətik! Biz birik!”

Bununla da SOCAR “birlikdəyik, güclüyük!” mesajı verib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir