İdman

Fiziyevin döyüşü ilin beş ən yaxşı MMA döyüşündən biri oldu

Sharing is caring!


ABŞ-də bu ilin beş ən yaxşı MMA döyüşünün siyahısı tərtib edilib.

Azerisport.com xəbər verir ki, ilk 5-liyə Londonda keçirilən UFC 286 turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyevlə ABŞ təmsilçisi Castin Qetci arasında keçirilən görüş daxil olub.

Xatırladaq ki, Fiziyev döyüşə qızğın, yüksək sürətlə, güclü və dəqiq zərbələr endirərək başlayıb. Lakin o, sürətini bir az azaldanda rəqibi həmyerlimizə yumruqlar endirib və Fiziyevin göz ətrafını zədələyib. Rafael 3-cü raundun əvvəlində Qetcini zədələsə də, amerikalı finişdə Fiziyevdən güclü olub və səs çoxluğu ilə qalib gəlib.

Reytinqdə ilk yeri isə Aleksandr Pantoja ilə Brandon Moreno arasındakı döyüş tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir