İdman

Azərbaycan millisinin voleybolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

Sharing is caring!


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 33 yaşlı oyunçu Sultanlar Liqasında mübarizə aparan “Karayolları” komandasına keçib. O, Ankara təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

“Karayolları” hazırda ölkə çempionatında 13 oyundan sonra topladığı dörd xalla sonuncu – 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Polina Rəhimova son olaraq Vyetnamın “Duk Qianq” komandasında çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir