Cəmiyyət

DİM sədri: “Universitetlər bilikli şəxslərin elan edilən yerlərdə təhsil almalarını istəyirlər”

Sharing is caring!

Ümumiyyətlə təxminən 500 nəfər II ixtisas qrupunda birinci yerdə “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasını seçib.

milletinsesi.info-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, onlar bu ixtisasları ona görə seçirdilər ki, müsabiqəyə buraxılma şərti olan 200 balı toplaya bilməmişdilər:

“150 bal ilə “Regionşünaslıq” ixtisası üzrə təhsil alanlar olurdu. Əsas məqsədimiz ədalətli imtahan keçirməklə yanaşı, sifarişçi olan ali təhsil müəssisələrini də nəzərə almaqdır. Universitetlər bilikli şəxslərin elan edilən yerlərdə təhsil almalarını istəyirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir