İdman

“Neftçi” Adrian Mutu ilə yolları ayırdı – RƏSMİ + FOTO

Sharing is caring!


Bu gün “Neftçi” PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə “ağ-qaralar”ın Mətbuat Xidməti bəyənat yayıb.

“Neftçi” PFK Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir.

Eyni zamanda, Klub Adrian Mutuya anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verir.

Hazırda Azərbaycan Premyer Liqası və Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan “Neftçi” PFK bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir