İdman

Həndbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” ardıcıl altıncı qələbəsini qazanıb

Sharing is caring!


Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında VI tura start verilib.

Oxu.Az-ın məlumatına görə, ilk gündə üç görüş keçirilib.

“AHF Arena” İdman Kompleksində təşkil olunan qadınların yarışında mərkəzi qarşılaşma “Qarabağ”la “Kür” arasında oynanılıb. Gərgin keçən matçda ən yaxın izləyicisini çətinliklə üstələyən “Qarabağ” yoluna itkisiz davam edib.

Kişilərin liqasında isə “Bakı” “İdman Akademiyası”nı üstələyərək, liderə yaxınlaşıb.

Qeyd edək ki, bu gün qadınlarda “Gənclər Birliyi” – “Azəryol”, kişilərdə isə “Azəryol” – “Təhsil” və “Qarabağ” – “Dinamo” oyunları keçiriləcək.

Azərbaycan çempionatı
VI tur

Qadınlar
“İdman Akademiyası” – “Bakı” 35:22
“Qarabağ” – “Kür” 29:25
Xal durumu: Qarabağ” – 12, “Azəryol”, “Kür” – 7, “İdman Akademiyası” – 6, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
“İdman Akademiyası” – “Bakı” 20:37
Xal durumu: ”Kür” – 10, “Bakı” – 8, “Qarabağ” – 6, “Azəryol” – 4, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir