İdman

A Seriyası: “İnter” liderliyini möhkəmləndirdi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında 17-ci turun qarşılaşmaları keçirilir.

“İnter” San Siro (Cüzeppe Meazza) stadionunda “Leççe”ni qəbul edib.

Meydan sahibləri 43-cü dəqiqədə Hakan Çalhanoğlunun ötürməsindən fərqlənən müdafiəçi Yan Bissekin qolu sayəsində hesabda önə keçiblər. 78-ci dəqiqədə Marko Arnautoviçin ötürməsini Nikolo Barrela tamamlayaraq matçda son nöqtəni qoyub – 2:0.

Hazırda “İnter” turnir cədvəlində birinci yerdədir. Komanda 17 turdan sonra 44 xal toplayıb. “Leççe” isə 20 xalla 12-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir