İdman

La Liqanın lideri qələbəni son anda əldən verdi – VİDEO

Sharing is caring!


İspaniya La Liqasının 18-ci turunda lider “Jirona” “Real Betis”in qonağı olub.

Birinci hissənin sonunda, 39-cu dəqiqədə “Betis”in qapısına penalti təyin olunub. Ukraynalı hücumçu Artem Dovbik 11 metrlik zərbə ilə “Jirona”nı önə keçirib. Görüşün sonlarında, 89-cu dəqiqədə isə German Pessella hesabı bərabərləşdirib – 1:1.

Bu matçın nəticəsindən sonra “Jirona” 43 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qalıb, lakin “Real Madrid”dən çox da uzaqlaşa bilməyib. Kral klubunun 42 xalı və ehtiyatda oyunu var.

“Betis” isə eyni sayda matçdan sonra 28 xalla yeddinci yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir