Dünya

İsrail hökuməti Qəzza zolağındakı müharibənin adının dəyişdirilməsi məsələsinə baxacaq

Sharing is caring!


İsrail hökumətinin adlar üzrə dövlət komissiyası İsrailin oktyabrın 7-dən HƏMAS və digər terror qruplarına qarşı apardığı “Dəmir Qılınclar” müharibəsi üçün yeni ad seçmək üçün gələn həftə toplanacaq.

Məlumata görə, komissiyaya təklif olunacaq adlar arasında “Yaradılış Müharibəsi” (Tövratın ilk kitabının adından), “Simha Tövrat Müharibəsi” (müharibə başlayan gündən sonra) və “Dirçələn Ruhun Müharibəsi” var.

Qeyd edək ki, adlar üzrə hökumət komissiyası təbiət elmləri, tarix, coğrafiya, arxeologiya, yəhudilik, ivrit dili, ərəb dili üzrə mütəxəssislərdən, habelə Nazirlər Kabineti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Xəritəçəkmə Mərkəzi, Yəhudi Milli Fondu və Təbiəti Mühafizə və Milli Parklar İdarəsinin nümayəndələrinin daxil olduğu ictimai komissiyadır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir