İdman

BOK rusiyalı idmançılar barədə qərarını AÇIQLADI

Sharing is caring!


2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi rusiyalıların neytral statusda qəbulunu təsdiqləyib.

Bu barədə komitə rəhbəri Toni Estange bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bu barədə qərarına hörmətlə yanaşır.

“Biz bu idmançıların müəyyən edilmiş qaydalara uyğun olaraq – bayraqlar, himnlər, rəsmi şəxslər və komanda ilə idman növləri olmadan iştirakını alqışlayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, dekabrın 8-də BOK rusiyalılara və belarusiyalılara Olimpiadada neytral statusda iştirak etməyə icazə verib. Bununla belə, idmançıların komanda yarışlarında iştirakına icazə verilməyəcək. Üstəlik, rəsmi obyektlərdə və tədbirlərdə hər hansı formada Rusiya simvolları qadağan ediləcək.

Yeri gəlmişkən, bildirək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransa paytaxtında keçiriləcək.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir