Cəmiyyət

Bərdə sakininin evində üç kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanıb – FOTO

Sharing is caring!


Bərdə Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qarayusifli kənd sakini Seymur Allahverən oğlu İsrafilov saxlanılıb, həmin şəxsin yaşadığı evə baxış zamanı üç kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ-də araşdırma aparılır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir