İdman

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı dünya çempionatda gümüş medal qazanıb – FOTO

Sharing is caring!


1-4 dekabr 2023-cü il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Dünya Alpaqut Federasiyasının təşkilatçılığı ilə Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı keçirilib.

Çempionatda dünyanın 23 müxtəlif ölkəsindən 450-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Sərvin Haşımlı 85 kiloqram çəki dərəcəsində döyüş növünün qurşaq (güləş) sistemində üç döyüş keçirərək çempionatın gümüş medalının sahibi olub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir