İdman

“Qarabağ”ın futbolçusu: “Hakken”lə oyuna tam hazırıq”

Sharing is caring!


“Bizi vacib qarşılaşma gözləyir. “Hakken”lə oyuna tam hazırıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç Bakıda İsveçin “Hakken” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi istədikləri nəticəni qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

O, hava şəraitinin pis olmasına da toxunub:

“Bizə problem yaratmayacaq. Sabah əlimizdəki fürsətdən istifadə etmək və bacarığımızı meydanda nümayiş etdirmək istəyirik”.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir