İdman

Türkiyədə bütün futbol qarşılaşmaları təxirə salınıb

Sharing is caring!


Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Super Liqa oyunundan sonra hakim Halil Umut Melerə hücumla bağlı açıqlama verib.

M.Büyükekşi hadisə ilə əlaqədar ölkədəki bütün liqalarda oyunlardan müddətsiz şəkildə təxirə salındığını bildirib.

“Bu gün bu alçaq hücumu edənlər təkcə Halil Umut Melerə hücum etmədilər. Bu gün edilən qeyri-insani hücum Türkiyə futbolunun bütün nümayəndələrinə edilib. Məsul klub və klubun idarəçiləri, bütün günahkarlar ən ağır şəkildə cəzalandırılacaq. Bütün liqalardakı oyunları müddətsiz şəkildə təxirə saldıq”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir