İdman

Eduard Məmmədovun tələbələri beynəlxalq yarışda qələbə qazanıblar – VİDEO

Sharing is caring!


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi polis polkovnik leytenantı Eduard Məmmədovun tələbələri növbəti beynəlxalq yarışda uğurla çıxış ediblər. 

Onlar dekabrın 9-da Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan və 10-cu dəfə keçirilən K-1 versiyası üzrə peşəkar turnirdə qələbə qazanıblar. 

Eduard Məmmədovun tələbələrindən, DİN İdman Cəmiyyətinin üzvü Amin Quliyev 63,5 kiloqram çəki dərəcəsində çıxış edib. “Ağ canavar” ləqəbli dünya və Avropa çempionu rəqibinə nokautla qalib gəlib. 

E.Məmmədovun digər tələbəsi 60 kiloqramda yer alan Anar Məmmədov isə “Wako-Pro” kəmərinə yiyələnib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir