İdman

AFFA prezidenti Millətlər Liqasında uğurlu çıxış edən Azərbaycan yığmasının futbolçuları ilə görüşüb – FOTO

Sharing is caring!


AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüblər.

Bu barədə AFFA məlumat yayıb.

Assosiasiya rəhbəri yığmanı UEFA Millətlər Liqasında uğurlu çıxış edərək qrupu lider kimi tamamlaması, B Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib.

Ölkədə qadın futboluna göstərilən diqqətdən danışan Rövnəq Abdullayev milliyə gələcək oyunlarda uğurlar arzulayıb.

Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova yüksək diqqətə və qayğıya görə AFFA rəhbərliyinə təşəkkür edib. Millinin baş məşqçisi Siyasət Əsgərov və kapitanı Sevinc Cəfərzadə çıxış edərək, növbəti oyunlarda da yaxşı nəticələr əldə etmək üçün böyük səylə hazırlaşacaqlarını deyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir