İdman

“Vüqar Həşimov Memorial-2023”: I turun cütləri bəlli olub – FOTO

Sharing is caring!


“Vüqar Həşimov Memorial-2023” superturnirində I turun cütləri bəlli olub.

“Report”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, püşkatma mərasimi Heydər Əliyev Konqres Mərkəzində baş tutub.

Bu gün keçiriləcək I turda aşağıdakı cütlüklər üz-üzə gələcəklər:

Nicat Abasov (Azərbaycan) – Yorden Van Forest (Niderland)

Vidit Santoş (Hindistan) – Teymur Rəcəbov (Azərbaycan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Rixard Rapport (Rumıniya)

Boris Gelfand (İsrail) – Arjun Eriqaisi (Hindistan)

Aydın Süleymanlı (Azərbaycan) – Rauf Məmmədov (Azərbaycan).

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə keçirilən 9-cu Vüqar Həşimov Memorialında şahmatçılar 8-10 dekabrda rapid, 11 dekabrda isə blits üzrə mübarizə aparacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir