Kriminal

Bakıda internet və rabitə xətlərini oğurlayanlar saxlanıldılar

Sharing is caring!




Paytaxtın iki rayonunda rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a  məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində rabitə kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən Elmir Mirzəyev saxlanılıb. 

Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisindəki telefon qovşağı dirəklərində quraşdırılan rabitə kabellərinin də oğurlanması barədə polisə məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən Ramil Cəfərov saxlanılıb.

Araşdırmalarla saxlanılanların əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir