İdman

“Qarabağ”ın Xankəndidəki oyununa azarkeşlər aparılıcaq – QƏRAR VERİLDİ

Sharing is caring!


“Qarabağ”ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsində MOİK-lə Xankəndi şəhərində keçirəcəyi görüşü ilə bağlı bəzi yeniliklər məlum olub.

APA xəbər verir ki, bu görüşdə azarkeşlərin iştirakı sual altında idi. Artıq bu məsələyə də aydınlıq gəlib. Xankəndi şəhər stadionunda azarkeşlər də öz yerini tutacaqlar.

Bu matça azarkeşlərin aparılmasına da qərar verilib. Amma hələlik azarkeşlərin tam sayı konkretləşməyib. Oyuna nə qədər biletin satışa çıxarılacağı və bunun necə həyata keçiriləcəyi tam dəqiqləşməyib.

“Qarabağ” – MOİK qarşılaşmasına bilet satışının yaxın vaxtlarda elan oluna biləcəyi gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir