İdman

2030 və 2034-cü il olimpiadalarına ev sahibliyi etməyə namizəd olan iki ölkə AÇIQLANDI

Sharing is caring!


Fransa və ABŞ-nin müvafiq olaraq 2030 və 2034-cü il olimpiadaları üçün ev sahibliyi etmək təklifləri Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən təsdiqlənib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“BOK İcraiyyə Şurası Fransa və Solt-Leyk-Sitini müvafiq olaraq 2030 və 2034-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün üstünlük verilən iddiaçılar kimi seçir. İndi BOK gələn il yekun qərar verməzdən əvvəl hər iki ölkə ilə məqsədyönlü dialoqa girəcək”, – deyə məlumatda bildirilir.

İsveç və İsveçrə daha əvvəl 2030-cu il Olimpiya Oyunlarına ev sahibliyi etmək istədiklərini bildiriblər.

BOK-da əlavə ediblər ki, İsveçrənin təklifi 2038-ci ildə Oyunlara ev sahibliyi etmək üçün imtiyazlı status alıb.

Qeyd edək ki, 2030 və 2034-cü il Olimpiya Oyunları üçün ev sahiblərinin seçimi Parisdə 2024-cü il Oyunları başlamazdan əvvəl BOK-un sessiyasında keçiriləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir