İdman

Azərbaycan Kuboku: “Kəpəz”, “Araz-Naxçıvan” və “Sumqayıt” mübarizəyə başlayır

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin digər matçları keçiriləcək.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.

Premyer Liqa təmsilçilərindən “Kəpəz” “Baku Sportinq”lə, “Araz-Naxçıvan” “Kür-Araz”la, “Sumqayıt” “Lerik”lə üz-üzə gələcək.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

29 noyabr (çərşənbə)

13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan”

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)

13:30. “Kəpəz” – “Baku Sportinq”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Tovuz şəhər stadionu (canlı, “CBC Sport”)

15:00. “Kür-Araz” – “Araz-Naxçıvan”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

“Dalğa Arena” (canlı, “AzPFL”)

18:00. “Lerik” – “Sumqayıt”

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Kapital Bank Arena” (canlı, “CBC Sport”)

Qeyd edək ki, ötən gün “İrəvan”, MOİK, “Karvan”, “Səbail” və “Turan Tovuz” 1/8 finala yüksəliblər. Bu raundun digər matçları dekabrın 30-da reallaşacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir