İdman

“Liverpul” “Top-5” liqalarda, “Səbail” Azərbaycan Premyer Liqasında rekordçudur – STATİSTİKA

Sharing is caring!


İngiltərənin “Liverpul” klubu “Top-5” liqalarda mövsümün rekorduna imza atıb.

“Report” xəbər verir ki, “qırmızılar” cari mövsüm Premyer Liqada hesabda geri düşdüyü oyunlarda ümumilikdə 12 xal toplamağı bacarıb.

Yurgen Kloppun yetirmələri son olaraq XIII turda “Mançester Siti” ilə qarşılaşmanın son dəqiqələrində vurduqları qol sayəsində məğlubiyyətdən qurtulublar – 1:1. Komanda geri düşdüyü 6 qarşılaşmanın 3-də qələbə qazanıb, 3 dəfə isə bərabərə qalıb.

Müqayisə üçün bildirək ki, Azərbaycan Premyer Liqasında ən çox geridönüş edən komanda “Səbail”dir. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv cari mövsümdə 4 dəfə bunu bacarıb. “Dənizçilər” bunun 2-də meydanı qalibiyyətlə, 2-də isə heç-heçə ilə tərk ediblər.

Yəni “Liverpul” bu mövsüm 28 xaldan 12-ni sonradan vurduğu qol və ya qollarla əldə edibsə, “Səbail” 22 xaldan 8-ni bu yolla qazanıb.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 3-cü, “Səbail” isə Azərbaycan çempionatında 4-cü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir