Siyasət

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Sharing is caring!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb. 

Sərəncama görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirilməlidir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir