İdman

FIFA futbolçuların dünya çempionatında iştirakına görə Rusiya klublarına ödəniş etmir

Sharing is caring!


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) sanksiyalara görə Rusiya Premyer Liqası (RPL) klublarına futbolçularının 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında iştirakına görə ödəniş etmir.

Bu barədə Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov məlumat verib.

Onun sözlərinə görə, hələlik oyunçuların 2022-ci il dünya çempionatında iştirakı üçün verilməli olan vəsait bloklanıb:

“Klublarımız sanksiyaya məruz qaldığı üçün FIFA bu pulu göndərmir”, – o bildirib.

Qeyd edək ki, oktyabr ayında FIFA futbolçuların Qətərdə keçirilən dünya çempionatında iştirakına görə klublara 209 milyon dollar təzminat ödəyəcəyini bildirmişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir