İdman

Həbibin təşkilatında çempion olan azərbaycanlı: “Kəməri çoxdan gözləyirdim” – VİDEO

Sharing is caring!


“Kəmərlə Azərbaycana qayıtmaq, bayrağımızı qaldırmaq hissini ancaq qələbə qazananlar bilər. Mən də kəməri çoxdan gözləyirdim”.

Bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycanlı MMA döyüşçüsü, “Eagle FC”nin yeni çempionu Ramin Sultanov deyib.

“Eagle FC 54” turniri çərçivəsində rusiyalı Maqomed Kurbanovla görüşdə dörd raund davam edən döyüşün sonunda qalib gələn həmyerlimiz öz çempionluq yolundan bəhs edib:

“Mən inanmasaydım, bəlkə də, döyüşməzdim. Hər döyüşə çıxanda özümə inanıram. Planımız başqa cür idi. Həmişə döyüşün beş raund davam edəcəyini fikrimdə tuturam. Çünki əgər rəqibin üzərinə tez hücum etsəm, gücüm qalmayacaq”.

Döyüşçümüz daha da yüksəklərə qalxmaq, Azərbaycanda tarix yazmaq istədiyini söyləyib.

Qeyd edək ki, Ramin Sultanov MMA karyerası ərzində keçirdiyi doqquz döyüşdə qələbə qazanıb, cəmi bir dəfə məğlub olub.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir