Siyasət

Ceyhun Bayramov isveçrəli həmkarı ilə ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov isveçrəli həmkarı İqnatsio Kassis ilə görüşüb.

Bu barədə C.Bayramov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“İsveçrənin xarici işlər naziri İqnatsio Kassis ilə çox məhsuldar görüş keçirdim. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib və ən aktual qlobal xarici siyasət məsələləri üzrə geniş müzakirələr apardıq”, – deyə o paylaşımında yazıb.

Qeyd edək ki, bu görüş Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir