İdman

Premyer Liqa: “Qarabağ” “Sabah”ı məğlub etdi

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Oxu.Az-ın məlumatına görə, günün yeganə matçında “Qarabağ” “Sabah”ın qonağı olub.

“Qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə meydan sahiblərindən Emmanuel Apeh 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. “Köhlən atlar”da Toral Bayramov 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. İki dəqiqə sonra Nəriman Axundzadə komandasının ikinci qoluna imza atıb. 63-cü dəqiqədə Cesse Sekidika “bayquşlar”ın təsəlli qolunun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Sabah” 16 xalla 7-cidir.

Qeyd edək ki, turun digər görüşləri 25-26 noyabrda olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir