İdman

Azərbaycan Gənclər və İdman Nazirliyinin, Dünya Alpaqut Federasiyası və Beynəlxalq İdman Hamı üçün Assosiasiyasının(TAFİSA) təşkilatçılığı ilə mətbuat konfransı keçirilib

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Dünya Alpaqut Federasiyası və Beynəlxalq İdman Hamı üçün Assosiasiyasının (TAFİSA) təşkilatçılığı ilə Bədən Tərbiyəsi və Idman Akademiyasının akt zalında mətbuat konfransı keçirilib.

Tədbirdə Dünya Alpaqut federasiyanın prezidenti Jalə Əhmədova, vitse-prezident Fərid Əlizadə, Gənclər və idman nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, DAF Azərbaycan nümayəndəliyinin rəhbəri Qüdrət Nuriyev və TAFİSA-nın Avropa Həmsədri Patrick Perosa və TAFİSA idarə heyətinin üzvü Marco Tomasini iştirak ediblər.

Millət vəkili Jalə Əhmədova çıxışında Azərbaycanın TAFİSA-da təmsil olmağının böyük qürur hissi olduğunu vurğulayıb. O, yaxın zamanda Federasiyanın daha yüksək nailiyyətlərə imza atacağını qeyd edib.
Daha sonra çıxış edən GİN sektor müdiri Aydın Məmmədov alpaqut turan döyüş növünün ölkəmizdə olduğu kimi, dünyada da böyük nüfuz qazandığını və bu işin ölkəmizin dünyada nüfuzunun artması üçün vacib hadisə olduğunu bildirib.

Tafisanın son 28 ci Dünya konfransında Azərbaycana böyük marağın olduğunu bildirən F.Əlizadə deyib: “Görüş zamanı Azərbaycan və xüsusi olaraq Alpaqut idman növü tanıdıldı. Tədbir bitdikdən sonra TAFİSA-nın əməkdaşları ilə üç görüş keçirildi. Bunlardan biri qeyri-rəsmi görüş idi. Növbəti günlərdə TAFİSA-nın gələcək layihələri ilə bağlı tədbirlər davam etdi. Qurum tərəfindən bizə daimi üzvlük və səsvermə hüququ təqdim olundu. Bu uğur Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir”.Federasiya rəsmisi TAFİSA-nın növbəti konfransının 2027-ci ildə keçiriləcəyini vurğulayıb.

Daha sonra TAFİSA-nın Avropa Həmsədri Patrik Perosa çıxış edib. 162 ölkənin qurumda təmsil olunduğunu söyləyən nümayəndə əlavə edib: “Böyük məmnunluq hissi duyuruq ki, Azərbaycan da bizim aramıza qoşulub. TAFİSA BMT, UNESCO və Olimpiya Komitəsi tərəfindən tanınır. Təşkilatın adından da bəlli olduğu kimi, hər birimizi dostluğa və sülhə dəvət edir”.
Sonra alpaqut döyüş sənətinin qurucusu Vasif Namazov Alpaqut idman növünün gələcəyə dair böyük və ciddi məqsədlərinin olduğunu bildirib.

Sonda mükafatlar təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq İdman Hamı üçün Assosiasiyası (TAFİSA) 1991-ci ildə yaranıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir