İdman

Azərbaycanın U-19 millisi Lüksemburqa uduzub

Sharing is caring!


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gəlib.

1:2 hesabı ilə uduzan komandamız mübarizəni dayandırmalı olub.

Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı məğlub edib – 3:0. Bu yığmalar isə elit-raunda vəsiqə qazanıblar.

Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən U-19 millisi Niderlanda 1:2 hesabı ilə uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir