İdman

Azərbaycan həndbol çempionatı: “Qarabağ” ardıcıl ikinci qələbəsini qazanıb

Sharing is caring!


Həndbol üzrə Azərbaycan çempionatında II turun oyunları keçirilib.

Qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları arasında baş tutan görüşdə rəqibini 30:26 hesabı ilə məğlub edən birincilər çempionatda ardıcıl ikinci qələbəni qazanıblar.

İlk turda məğlub olan “Kür” bu dəfə “İdman Akademiyası”nı üstələyib – 38:12.

Kişilərdən ibarət “Kür” komandası da etimadı doğruldub. “Dinamo”nun qonağı olan Mingəçevir təmsilçisi böyükhesablı qələbə qazanıb – 50:20. “Qarabağ” isə “İdman Akademiyası” ilə oyunda azarkeşlərini sevindirib – 38:24. Startı uğursuz alınan “Təhsil” bu dəfə “Bakı” ilə görüşü məğlubiyyətlə bitirib – 16:37.

İki turdan sonra qadınların yarışına dörd xalla “Qarabağ” başçılıq edir. “Azəryol”, “Kür”, “İdman Akademiyası” və “Bakı” hərəyə iki xalla sonrakı pillələrdə qərarlaşıblar. “Gənclər Birliyi”nin hesabında xal yoxdur.

Hərəyə dörd xalı olan “Kür” və “Qarabağ” kişilərin çempionatında şərikli liderlərdir. “Bakı” və “İdman Akademiyası” iki xalla 3-4-cü yerlərdədir. “Azəryol”, “Təhsil” və “Dinamo” hələ də xal qazana bilməyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir