Siyasət

Mayuma Kala: “Bakıda keçirilən konfransda Afrika ölkələri üçün vacib olan mövzulara toxunulub”

Sharing is caring!


“Bakıda keçirilən konfransda Afrika ölkələri üçün mühüm əhəmiyyət kəsb edən problemlərə toxunulub”.

“Report” xəbər verir ki, bunu Afrika İttifaqı Komissiyasının Kot-d’İvuar üzrə sədrinin xüsusi nümayəndəsi Cozefina Şarlotta Mayuma Kala noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.

“Biz bu mövzunu vacib hesab edərək münaqişənin həllində fəal rol oynayırıq. Gender bərabərliyi məsələsi qadınların hüquqlarını dəstəkləməyə yönəlmiş müxtəlif konvensiyalar və sənədlər qəbul edən Afrika İttifaqı daxilində də dəstək alır”, – o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir