İdman

Azərbaycanın voleybol millisi EEVZA çempionatında iştirak etmək üçün Latviyaya gedib

Sharing is caring!


18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

“Report”un məlumatına görə, Şahin Çatmanın rəhbərlik etdiyi komanda turnirə qatılmaq üçün Latviyaya yollanıb.

Yığma ilk oyununu noyabrın 20-də ev sahibi Latviyaya qarşı keçirəcək. Qızlarımız noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə də üz-üzə gələcəklər.

Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir