İdman

Azərbaycan Kubokunun oyunlarına təyinatlar AÇIQLANDI

Sharing is caring!


Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün birinci təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

“Report” xəbər verir ki, II Liqa komandalarının iştirakı ilə keçiriləcək yeddi matçı idarə edəcək hakimlər müəyyənləşib.

Bu mərhələnin bütün görüşləri Peşəkar Futbol Liqasının “AzPFL” “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

18 noyabr (şənbə)

13:00. “Füzuli” – “Lerik”

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

“ASK Arena”

13:00. “Qusar” – “Şahdağ Qusar”

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Kapital Bank Arena” (ehtiyat meydan)

14:30. “Göygöl” – “Dinamo”

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Göygöl Olimpiya İdman Kompleksinin stadionu

19 noyabr (bazar)

14:00. “Ağdaş” – “Cəbrayıl”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Ağdaş şəhər stadionu

14:00. “Sheki City” – “Kür-Araz”

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elman Musayev.

Şəki şəhər stadionu

14:30. “Baku Sportinq” – “Kürmük Qax”

Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Binə qəsəbə stadionu

20 noyabr (bazar ertəsi)

14:30. “Şəfa” – “Şəmkir”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Binə qəsəbə stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir