Dünya

İstanbulda güclü yanğın: Kimyəvi maddə anbarında partlayışlar olub – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda kimyəvi maddələrin saxlanıldığı anbarında yanğın baş verib.

Məlumata görə, yanğın bir anın içində bütün anbarı bürüyüb. Orada olan kimyəvi maddələr kiçik partlayışlara da səbəb olub.

Hadisə yerinə xilasetmə, həkim və polis qrupları cəlb edilib. Yanğınla mübarizə apararkən digər rayonlardan gücləndirmə dəstələri və su çənləri bölgəyə yönəldilib. Yanğını söndürmək üçün işlər davam edir. Polis qrupları da ətrafda təhlükəsizlik tədbirləri görürlər.

Yanğının başvermə səbəbi məlum deyil.

Mənbə: trthaber.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir